Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı prosedur sürətləndirilır

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı prosedur sürətləndirilır backend

“Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı ərizəsinin sürətləndirilməsi üzrə prosedur qəbul edilib, qeydiyyata alınıb və baxılmaq ərəfəsindədir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“Fevralın 28-də Prezident Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzv olması prosedurunun sürətləndirilməsi üzrə ərizəni imzalayıb. Ərizə qəbul olunub və baxılır”, - Andrey Yermak tviter səhifəsində yazıb.

Qeyd edək ki, Litva, Latviya, Estoniya, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan və Sloveniya prezidentləri Ukraynanın Avropa İttifaqına qəbulunun sürətləndirilməsi təşəbbüsü ilə çıxış ediblər. Macarıstanın xarici işlər naziri Peter Siyarto rəsmi Brüsseli bu məsələni sürətləndirməyə çağırıb.

Diaspora