Latviya könüllülərə Ukrayna qoşunlarında xidmət etməyə icazə verdi - FOTO

Latviya könüllülərə Ukrayna qoşunlarında xidmət etməyə icazə verdi -  FOTO backend

Latviya Seymi vətəndaşların Ukrayna ordusunda müstəsna əsaslarla xidmət etməsinə icazə verən qanunlara düzəlişləri təsdiqləyib.

Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs özünün “Twitter” hesabından xəbər verib.

“Latviya parlamenti latviyalı könüllülərin Ukrayna Silahlı Qüvvələrində döyüşməsinə icazə verən qanunu yekdilliklə qəbul edib”, - deyə o bildirib.

Qanunvericiliyə edilən dəyişikliklər çərşənbə axşamı qüvvəyə minəcək.

Mənbə: Sputnik Latviya / oxu.az

Diaspora