"Mən Krım tatarlarına yarımadanın Rusiyaya qatılmasına səs verdikləri üçün minnətdaram."
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Yaltada keçirdiyi konfrans zamanı söyləyib. Onun sözlərinə görə, 2014-cü ilin martında Krım yarımadasının Rusiyaya qatılması üçün keçirilən referendumda tatarlar kifayət qədər aktivlik nümayiş etdiriblər: “Həmin referendumda Rusiyaya birləşməyin tərəfdarları 66% səs yığdılar. Bu çox böyük rəqəmdir. İnsanların belə aktiv olması artıq çox şeydən xəbər verirdi”.