Federal Vergi Xidmətinin bazasında qorunub saxlanılan 334 min amerikalının şəxsi məlumatları oğurlanıb. Avropa.info xəbər verir ki, məlumatları oğurlayan hakerlərin Rusiya ərazisində fəaliyyət göstərdiyi bildirilir. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, hakerlərin bir neçə ay ərzində yüz minlərlə amerikalının şəxsi informasiyasına müdaxilə imkanı olub.
ABŞ vergi idarəsinin saytının sındırılması haqda ilk məlumat hələ may ayında ortaya çıxmışdı. O zaman hakerlərin qurbanlarının sayı 114 min nəfər idi.