Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ almağa çağırdı

Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ almağa çağırdı backend

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini ölkədə hakimiyyəti ələ almağa çağırıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi onlayn konfransda bildirib.

Dövlət başçısı, həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.

Daha əvvəl Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyev hakimiyyəti Ukrayna paytaxtının yaşayış məntəqələrində “Qrad” qurğuları yerləşdirib.

Bir gün əvvəl V.Putin Donbasda xüsusi hərbi əməliyyat keçirəcəyini açıqlayıb. O, əmin edib ki, Moskvanın planlarına Ukraynanın işğalı deyil, yalnız onun demilitarizasiyası daxildir.

Report.az