Rusiya uşaq bağçasını “Uraqan”la vurdu: ölənlər var

Rusiya uşaq bağçasını “Uraqan”la vurdu:  ölənlər var backend

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Axtırka şəhərindəki uşaq bağçasını atəşə tutması nəticəsində 3 nəfər ölüb, 17 uşaq yaralanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın deputatı Fyodor Venislavski “Rada” kanalının efirində söyləyib.

Bildirilib ki, yaralanan uşaqlardan 3-nün vəziyyəti ağırdır.

Həmçinin Sum vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski “Axtırkada “Uraqan” raketləri yaşayış massivinə, uşaq bağçasına düşüb. Çoxlu adam var idi. Ölən və yaralananların sayını bilmirik. Amma ağır yaralı uşaqlar var”, - deyə məlumat verib.

Diaspora