İran ABŞ-ın təzyiq etməsinə imkan verməyəcək

İran ABŞ-ın təzyiq etməsinə imkan verməyəcək backend

Rəsmi Tehran ABŞ-ın İran İslam Respublikasına təzyiq etməsinə imkan verməyəcək.

Bu sözləri İran İslam İnqilabının Ali Rəhbəri, ayətullah Əli Xamneyi deyib.

Ali Rəhbər bilıdirib ki, ABŞ düşünməsin ki, nüvə proqramı ilə əlaqədar Qərb dövlətləri ilə əldə edilmiş razılaşmaya dayanaraq İrana təsir göstərə bilər. Bu razılaşmanın taleyi məlum deyil. İran və ABŞ parlamentlərinin bu razılaşmanı təsdiq edəcəkləri də hələlik bəlli olmayıb.

Əli Xamneyi qeyd edib ki, ABŞ regiondakı bəzi dövlətləri parçalamaqla mövqeyini möhkələndirməyə və İrana təzyiq etməyə çalışır. Lakin İran ölkəyə ABŞ-ın siyasi və mədəni təsir göstərmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Diaspora