Rusiyanın iki tankı və bir piyada döyüş maşını məhv edilib - RƏSMİ - FOTO

Rusiyanın iki tankı və bir piyada döyüş maşını məhv edilib -  RƏSMİ - FOTO backend

Ukraynanın Birləşmiş Qüvvələr Komandanlığı hərbi əməliyyatlar zonasında baş verən son hadisələr barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya qoşunlarının zirehli texnikası Tryoxizbenka qəsəbəsi ərazisində Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışıb.

Ukrayna əsgərləri Rusiyanın 2 tankını və 1 piyada döyüş maşınını məhv edərək düşməni geri çəkilməyə məcbur ediblər.

“Birləşmiş Qüvvələr Komandanlığı öz mövqelərini inamla müdafiə edir” – məlumatda vurğulanır. (oxu.az)

Diaspora