"Biz öz dövlətimizi təkbaşına müdafiə edirik. Dünyanın iri gücləri yalnız uzaqdan izləyirlər. Öz sanksiyaları ilə onlar rusiyanı inandıra bildilərmi? Biz bunu səmamızda, torpağımızda eşidirik və bu, kifayət deyil"
Qaziler.az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu xalqa videomüraciətində deyib.
Kiyevə hücumun 1941-ci ili xatırlatdığını deyən Ukrayna lideri qeyd edib ki, yalnız ukraynalıların həmrəyliyi onların azadlığını müdafiə edə bilər. Onun sözlərinə görə, hərbçilər öz vəzifələrini maksimum dərəcədə yerinə yetirirlər. Ölkə başçısı bütün ukraynalıları bir olmağa, bir-birlərinə və orduya yardım etməyə çağırıb.