İraqın keçmiş lideri Səddam Hüseynin vəfat edən ögey qardaşı Vatban İbrahim əl-Həsən Müctəbanın cəsədi Bağdadda qaçırıldığı bildirilib.
“Qafqazinfo” xəbər verir ki, İraqdakı Elbu Nasir tayfası lideri Şeyx Həsən əl-Neda açıqlamasında Həsənin cəsədi paytaxtın şimalında silahlı şəxslər tərəfindən qaçırıldığını qeyd edib. O, bu barədə məlumatı mərhumun həyat yoldaşına istinadən yayıb.
Qeyd edək ki, İraq Ədliyyə Nazirliy cümə axşamı günü Səddam Hüseynin ögey qardaşı Həsənin və 5 iyunda da köhnə xarici işlər naziri və rejimin öndə gələn adlarından Tarık Əzizin həbsxanada həyatını itirdiyini açıqlamışdı.