Bayden ABŞ-ın Rusiyaya sanksiyalarını açıqlayıb

Bayden ABŞ-ın Rusiyaya sanksiyalarını açıqlayıb backend

ABŞ Prezidenti Co Bayden Rusiyaya tətbiq ediləcək yeni güclü sanksiyaları və məhdudiyyətləri açıqlayıb.

Apa-nın CNN-ə istinadən xəbərinə görə, Co Bayden bildirib ki, tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına dərhal və uzunmüddətli zərbə vuracaq.

O, əlavə edib ki, yeni saknsiyalar nəticəsində Rusiyanın dollar, avro, funt sterlinq və yen ilə biznes imkanları limitlənəcək, ordusunu maliyələşdirmək və böyütmək imkanları dayandırılacaq. Bayden əlavə edib ki, sanksiyalar Rusiyanın yüksək texnologiyalı 21-ci əsr iqtisadiyyatında rəqabət qabiliyyətini zəiflədəcək.

Co Bayden əlavə edib ki, ABŞ Rusiyanın 4 əsas bankının fəaliyyətini bloklayır.

“Biz məqsədyönlü şəkildə bu sanksiyaları tərtib etmişik ki, Rusiya üzərində uzunmüddətli təsirlər maksimum, ABŞ və müttəfiqlər üzərində isə minimum olsun”, - deyə Prezident bildirib.

ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya banklarının ümumilikdə 1 trilyon dollar aktivə malik olduğu bildirilib.

Eyni zamanda Rusiyanın Swift sistemindən çıxarılması məsələsinə hələlik baxılmır.

Co Bayden qeyd edib ki, sanksiyaları yalnız ABŞ deyil 27 Avropa İttifaqı ölkəsi və G7 ölkələri tətbiq edəcək.

Diaspora