ABŞ Türkiyəyə dəstək olacağına vəd verdi

ABŞ Türkiyəyə dəstək olacağına vəd verdi backend

ABŞ əvvəlki kimi Türkiyə ilə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır və rəsmi Ankaraya təhlükəsizlik sahəsində dəstək verməkdə davam edəcək.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Türkiyə bizim NATO üzrə müttəfiqimiz və etibarlı tərəfdaşımızdır, o cümlədən İŞİD-lə mübarizədə. Türkiyə ABŞ-a İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirməsi üçün özünün hərbi bazalarından istifadəyə icazə verib. Ümumilikdə, regionda çox sayda raket əleyhinə müdafiə sistemləri və hərbi gəmilər qalmaqdadır”, deyə C.Kirbi bildirib.

Bununla belə, avqustun 16-da məlum olub ki, ABŞ oktyabrdan etibarən "Petriot" hava və raket müdafiə sistemlərini Türkiyə ərazisindən çıxaracaq. Müxtəlif mənbələr əsasən, bu qərar Türkiyə hökumətinin narazılığına səbəb olub. Bununla bağlı sualı cavablandıran C.Kirbi deyib: “Mən danışıqlarda iştirak etməmişəm. Bildiyimə görə, söhbət açıq və səmimi şəraitdə baş tutub və nəticəsə Türkiyə tərəfi bu addımın atılmasının mahiyyətini dərk edib”.

2012-ci ilin sonunda rəsmi Ankara NATO-dan öz ərazisində "Petriot" hava və raket müdafiə sistemlərininin yerləşdirilməsini istəmişdi. Buna cavab olaraq 2013-cü ildə Türkiyənin cənub-şərq bölgəsində, Suriya ilə 70-100 km aralıda ABŞ, Almaniya və Niderlanda məxsus "Petriot" sistemlərini yerləşdirilmişdi.

Qeyd edək ki, "Petriot" hava və raket müdafiə sistemləri həm ballistik raket, həm də təyyarələri vurmağa qadirdir.
Diaspora