Taylandın paytaxtı Banqkokda baş vermiş partlayış nəticəsində 19 nəfər ölüb, 116 nəfər yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tayland polisi bildirib.
Bir sıra yerli KİV-ləri partlayış nəticəsində 27 nəfərin öldüyünü bildirir. Qeyd olunur ki, ölənlər arasında Çin və Filippin vətəndaşları da var.
Partlayışın kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
***
Taylandın paytaxtı Banqkokda baş vermiş partlayış nəticəsində 27 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, onların arasında əcnəbi turistlər də var.
Xəsarət alanların sayı barədə hələ ki, məlumat verilmir.