Çində baş vermiş partlayış zamanı 10 minədək nəqliyyat vasitəsi yanıb

Çində baş vermiş partlayış zamanı 10 minədək nəqliyyat vasitəsi yanıb backend

Çinin liman şəhəri olan Tiencində avqustun 12-də baş vermiş partlayış nəticəsində dəyən ziyanın da məbləği bilinib. Partlayış zamanı təkcə gömrük sahəsində təxminən 220 milyon dollar dəyərində 10 minə yaxın nəqliyyat vasitəsi yanıb.



AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, “Renault” şirkətinin zərərinin 33 milyon dollar olduğu təxmin edilir. “Renault”un 1500, “Volkswagen”in isə 2 min 750 ədəd avtomobili partlayış zamanı yanıb. “Renault” şirkətinin “Koleos”, “Volkswagen”in isə “Beetle” və “Tiguan” modelləri partlayışda ziyan görüb.

Partlayışda yanan digər avtomobillərin “Hyundai” və “Kia” şirkətlərinə məxsus olduğu bildirilir. “Toyota” “Motor”, “General Motors” və “Ford Motor” isə dəyən ziyanla bağlı rəsmi açıqlama verməyib.
Diaspora