PKK ABŞ-ı atəşkəs elan etməsi üçün terror təşkilatı ilə Türkiyə hökuməti ilə vasitəçilik etməyə çağırıb. APA TV-nin məlumatına görə, bu barədə “The Daily Telefraph” qəzeti PKK liderlərindən Cəmil Bayıka istinadən xəbər yayıb.
Bayık bildirib ki, ABŞ PKK ilə Türkiyə hökuməti arasında vasitəçilik missiyasını genişləndirməlidir: “Bizə qarantiya verilərsə, üzərimizə düşən işi görməyə hazırıq. Qarantiya olmasa, birtərəfli qaydada addım atmayacağıq”Ərdoğan Türkiyədə böhranı dərinləşdirir, amma paralel olaraq Yaxın Şərqdə də böhranı genişləndirir”.Cəmil Bayık ABŞ-a hədə dolu mesajlar da göndərib: “Vaşinqton Türkiyəyə dəstək siyasətinə davam edərsə, müttəfiqlərindən birini – kürdləri əbədi olaraq itirəcək. Kürdlər olmadan İŞİD-ə qarşı mübarizə ABŞ üçün çətin olacaq”.