Rusiya sərhədçiləri Ukrayna ərazisindən daxil olan diversiya-kəşfiyyat qrupunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Naziriyinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib.
Məlumatda qeyd olunub ki, fevralın 21-də səhər saatlarında Ukrayna ərazisindən daxil olan qrupla sərhədçilər arasında atışma baş verib. Nəticədə qruplaşmanın üzvləri zərərsizləşdirib.
Məlumatda, həmçinin bildirilir ki, bir müddət sonra həmin qrupun təxliyəsi üçün daxil olmuş iki piyada döyüş maşını (PDM) Rusiya ordusu tərəfindən məhv edilib.
Rusiya hərbçiləri arasında yaralananların olmadığı deyilir.