Tomsk alimləri süni beyin yaradıblar

Tomsk alimləri süni beyin yaradıblar backend

Tomsk alimləri öz-özünə öyrənmə bacarığı olan süni beyin yaradıblar.


Tomsk Dövlət Universitetinin alimlərinin beş ölkədən olan həmkarları ilə birlikdə ərsəyə gətirdikləri, təbii intellektin süni daşıyıcısı – öz-özünə öyrənə bilən fiziki modeli hazırlamaqda məqsəd tibb işçilərinə müxtəlif növ yaddaşsızlığın, o cümlədən Parkinson, Alzheimer xəstəliklərinin araşdırılmasında və müalicəsində kömək etməkdir.

AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, əvvəlcə insan beyninin riyazi və kompyuter modelləri qurulub. Bundan sonra süni neyron şəbəkələrindən ibarət radioelektron cihaz hazırlanıb. Süni beyin bioloji modellə eyni olmalıdır.

Layihə Rusiya, Almaniya, Bolqarıstan, Ukrayna, Belarus və Qazaxıstan alimləri tərəfindən Tomsk Dövlət Universitetinin beynəlxalq laboratoriyasında həyata keçirilir.
Diaspora