Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin neft işləri idarəsi “SOCAR Turkey Enerji A.Ş.”yə beş il müddətində neft axtarışı həyata keçirməsi ilə bağlı icazə sənədi verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyədə çıxan rəsmi qəzetdə məlumat verilir. Bildirilir ki, idarə tərəfindən “SOCAR Turkey Enerji A.Ş.” və “OPC Petrol Arama ve Üretim Ltd.” şirkətlərinə Qaziantep, Kahramanmaraş, Diyarbəkir, Adıyaman, Batman, Muş, Mardin və Şırnakda birgə istifadədə olan ərazilərdə 5 il müddətində ümumilikdə yeddi neft axtarışının həyata keçirilməsi ilə əlaqədar icazə sənədi verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.