“Müharibə olmayacaq...” - Quterreş

“Müharibə olmayacaq...” - Quterreş backend

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynada müharibə olmayacağına inanır.

 

Modern.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

 

“Baş katib düşünür ki, müharibə olmayacaq və olarsa fəlakətə çevriləcək”, – deyə Düjarrik əlavə edib.

 

“Bununla belə, nikbinlik üçün səbəb var. Heç bir tərəf vəziyyətin mümkün diplomatik həllinə “qapsını bağlamayıb”. Beləliklə, bir tərəfdən eskalasiya ritorikasının və gərginliyin artması, digər tərəfdən isə “müxtəlif səviyyələrdə çox aktiv diplomatiya” müşahidə olunur”, - deyə Düjarrik BMT baş katibinin sözlərini diqqətə çatdırıb.

Diaspora