Təəssüflər olsun ki, NATO-dakı həmkarlarımızın və AB-də öz yerini axtaranların qitəmizin gələcəyini müəyyən etmə cəhdlərinə şahidi oluruq.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.
“Buna görə də XİN rəhbərimiz Lavrov bütün qərbli həmkarlarına xüsusi mesaj göndərərək, dövlətin təhlükəsizliyinin onların təsəvvür etməyə çalışdıqlarından daha mürəkkəb olduğunu bildirib. Xüsusilə, belə bir mesajı şəxsən Türkiyə XİN rəhbərinə çatdırdım. Biz hələ də hər ölkədən bu mesajlara konkret reaksiyalar gözləyirik və alacağıq”, - səfir bildirib.