Misir “Refah” sərhəd keçid məntəqəsini yenidən açıb

Misir “Refah” sərhəd keçid məntəqəsini yenidən açıb backend

Misir hökuməti Qəzzanın dünyaya açılan tək qapısı olan “Refah” sərhəd keçid məntəqəsini 4 gün müddətində yenidən gediş-gəliş üçün açdığını bildirib.


AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, avqustun 17-si səhər saatlarından etibarən sərhədi keçmək üçün gözləyən onlarla adamın Qəzzadan ayrılmağa başladığı və Misir tərəfindən də bu bölgəyə keçmək üçün insanların yığıldığı qeyd edilir.

Şairlər, şagirdlər, xəstələr və müvəqqəti məskunlaşma icazəsi olanların, o cümlədən də xarici pasporta sahib şəxslərin “Refah” sərhəd keçid məntəqəsindən keçməsinə icazə veriləcəyi bildirilir.

2006-cı ildən bu vaxtadək mühasirəyə alınan Qəzzanın digər ölkələrə açılan 7 sərhəd qapısından “Refah” istisna olmaqla 6-sı İsrailin nəzarəti altındadır.

Misir rəhbərliyi hərbi müdaxilələrlə əlaqədar “Refah” sərhəd keçid məntəqəsini 2013-cü ilin iyulda bağlamışdı.
Diaspora