Jirinovskinin oğlundan atası ilə bağlı emosional paylaşım - “Sadəcə yaşa!”

Jirinovskinin oğlundan atası ilə bağlı emosional paylaşım -  “Sadəcə yaşa!” backend

Rusiya Dövlət Dumasının sabiq deputatı, Vladimir Jirinovskinin oğlu İqor Lebedev ilk dəfə olaraq COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən atasının vəziyyəti barədə ictimai reaksiya verib. 

İ.Lebedev öz “Facebook” səhifəsində qısa olaraq “sadəcə yaşa!” sözləri ilə status paylaşıb. 

Qeyd edək ki, V. Jirinovski fevralın 9-u Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Bəzi məlumatlara görə, siyasətçinin ağciyərlərinin 50-70% zədələnib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Jirinovskinin özü səkkiz dəfə COVID-19-a qarşı peyvənd olunduğunu bildirib. (oxu.az)

Diaspora