Haqqında həbs qərarı çıxdığı üçün Türkiyədən Gürcüstana, oradan isə Ermənistana qaçan məşhur "Ərgənəkon" işinin prokuroru Zəkəriyyə Öz Almaniyada üzə çıxıb. Lent.az “Hürriyət”ə istinadən xəbər verir ki, prokuror Almaniyanın Ulm şəhərində peyda olub. O “InterCity” otelində məskunlaşıb.
Bildirilir ki, Türkiyədən qaçan keçmiş prokuror oteldə insanların sıx olduğu yerlərdə gəzməyi üstün tutur və günəş eynəyi ilə hərəkət edir.Otelə gəlincə, bu mehmanxana 3 ulduzludur. Ulm şəhəri isə sürət qatarının buradan keçməsi və dünyanın ən böyük kilsə qülləsinin burada yerləşməsi ilə (Ulmer Münster) məşhurdur.
Axtarışa verilmiş prokurorların qaldığı otaqların pəncərəsi Ulm şəhərinin mənzərəsinə və dəmir yolu vağzalına baxır. Otaqların bir gecəlik qiyməti 92 avroya qədərdir.