İraqın şimalında "Pençe Şimşək" əməliyyatı zonasında PKK-nın 4 terrorçusu zərərsizləşdirilib.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi məlumata görə, terrorçular artilleriya zərbələri ilə məhv edilib.
Nazirlik əməliyyatın uğurla başa çatdığını bildirib.
Türkiyə Silahlı Qüvvələri terrora qarşı mübarizəni davam etdirir.