Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar..."

Bayden:  “Amerikalılar və ruslar bir-birinə atəş açsalar..." backend

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək.

Bunu NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.

Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır.

ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”.

Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

Diaspora