Türkiyədə PKK terrorçuları daha bir silahlı insident törədib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Diyarbakır şəhərinin Silvan qəsəbəsində PKK-çılar polis bölməsinə iriçaplı silahlarla atəş açıblar. Polisin cavab atəşindən sonra terroristlər hadisə yerindən qaçıblar. Bu zaman polis bölməsinin qarşısından keçən yük maşınından şübhələnən hüquq-mühafizə orqanın əməkdaşları TIR-a “dayan” əmri verib.
Əmri yerinə yetirməyən sürücü qaçmaq istəyərkən polis tərəfindən həbs edilib.