Türkiyənin Bodrum şəhərində zəlzələ baş verib.
Məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
4,1 bal gücündə zəlzələ Muğla əyalətinin Bodrum rayonundan 3,43 kilometr aralıqda və 11,91 kilometr dərinlikdə saat 19:18-də baş verib.
Məlumatda qeyd olunub ki, yeraltı təkanlar şəhərin bütün ərazisində hiss olunub.