Ötən il iranlı alim Muhsin Fəhrizadənin İsrail tərəfindən öldürülməsindən sonra, İranın Türkiyə vətəndaşlığı da olan israilli iş adamı Yair Gellerin öldürülməsi planının qarşısı Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən alınıb.
Qaziler.az Avropa.info-ya istinadla xəbər verir ki, ötən ilin oktyabr ayında həm İsrail MOSSAD-nın 16 nəfərlik casus şəbəkəsini, həm də Türkiyədə müxaliflərə sui-qəsd təşkil etməyi planlaşdıran 6 nəfərlik Rusiya kəşfiyyatını çökdürən MİT, bir neçə gün öncə İran kəşfiyyatının 9 nəfərlik sui-qəsd dəstəsini cinayət başında yaxalayıb.
MİT-in Kəşfiyyatla Mübarizə İdarəsi İran Kəşfiyyat Xidmətinin yaratdığı casusluq hüceyrəsinin müdafiə sənayesindəki dünya miqyasında nailiyyətləri ilə tanınan yəhudi iş adamı Gelleri hədəf aldığını öyrənib.
Yəhudi iş adamı Geller
Türk kəşfiyyatının aylar ərzində apardığı texniki və fiziki təqib nəticəsində ötən günlərdə həyata keçirdiyi əməliyyatla rəsmi Ankaranı beynəlxalq aləmdə çətin vəziyyətə salacaq sui-qəsd planının qarşısını alıb.
Türkiyə mətbuatının yazdığına görə, Gellerin İstanbul Çatalcadakı şirkəti, həm də Beşiktaşdakı iqamətgahı İran casus şəbəkəsi tərəfindən addım-addım izlənilib və fotoşəkillər çəkilib. Lakin MİT-in əks-casusluq fəaliyyətinə cavabdeh olan sahə agentləri də passiv izləmə üsulları ilə İranın sui-qəsd kamerasını addım-addım izləyiblər. Müəyyən edilib ki, İran casus şəbəkəsi Gellerin yaşayış yeri və iş yeri ilə bağlı məlumat toplamaq, daha sonra isə onu öldürməyi planlaşdırıblarmış.
İran casus şəbəkəsi üzvləri
Türk kəşfiyyatının (MİT) təsbit edib ki, İran sui-qəsd komandası Yair Gellerlə bağlı kəşfiyyat işini bitirib və artıq sui-qəsd hazırlığına başlayıb. Bundan sonra Yair Geller gizlincə güvənli bir evə köçürülüb. Həm Türkiyə, həm də İsrail vətəndaşlığı olan Yair Gellerə İsrail xarici işlər nazirliyindən Tel-Əvivdə yaşamaq təklif edilsə də, İstanbulu çox sevdiyini bildirən iş adamı təklifi geri çevirib.
İran casus şəbəkəsinin İstanbul üzrə "rəhbərinin" xaricə çoxlu sayda giriş-çıxışı müəyyən edilərkən, şəxsin mobil telefonunun Çatalcada yerləşən CNC şirkətinin civarında dəfələrlə siqnal verdiyi üzə çıxıb. Bundan sonra MİT əməliyyat üçün düyməyə basıb. Əməliyyat nəticəsində 9 nəfərlik İran casus şəbəkəsi yaxalanıb.
İran casus şəbəkəsinin liderliyini Tehranda oturan kəşfiyyatçı Yasin Taheremamkendinin etdiyi, İranlı Saleh Moshtagh Bighouzun isə şəbəkərini Türkiyə "liderliyini" üzərinə götürdüyü təsbit edilib. Bighouzun da aralarında olduğu 9 casus həbs edilib.