Böyük Britaniya Parlamenti Rusiya Sanksiyaları Aktına məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verən düzəlişləri təsdiqləyib.
Apa “RİA Novisti”yə istinadən xəbər verir ki, parlament onları təsdiqləyib və artıq qüvvəyə minib.
Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.
İndi bu sənəd genişləndiyindən Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr və şəxslər məhdudiyyətlərə üzləşə bilər.
Rusiya Xarici İşlər Nazirliyi isə tətbiq edilən sanksiyalara heç cür haqq qazndırmaq olmadığını bildirib. Nazirliyin sözçüsü Mariya Zaxarova bütün bunların süni mənzərə yaratdığını açıqlayıb.