BRICS ölkələri arasında ticarət həcmi 70 faizə qədər artıb

BRICS ölkələri arasında ticarət həcmi 70 faizə qədər artıb backend

BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) ölkələri arasında ticarət həcmi 70 faizədək artıb.



AZƏRTAC Cənubi Afrika Respublikası dövlət agentliyinə istinadən bildirir ki, CAR prezidenti Jacob Zuma bu barədə mətbuata açıqlama verib. Ölkə başçısının sözlərinə görə, qrup ölkələri arasında investisiya həcmində də ötən illərlə müqayisədə 20,5 faizədək artım müşahidə olunub. Prezident qeyd edib ki, BRICS ölkələri qida istehsalı, elektrik enerjisi, neft-kimya sənayesi, dağ-mədən, turizm, bərpa olunan və nüvə enerjisi, ticarət, nəqliyyat, rabitə kimi əsas sahələrdə iqtisadi əməkdaşlığı daha da artırmağı planlaşdırır.
Diaspora