Putin Makronun üzünə NATO-nu hədələdi

Putin Makronun üzünə NATO-nu hədələdi backend

Moskva iddia edir ki, Kiyev Minsk razılaşmalarını yerinə yetirmir. Məgər Donbasdakı insanlara Rusiya pasportları paylamaq Minsk razılaşmalarına uyğun idi? Və ya sərhəddə yüz minlik qoşun cəmləşdirmək, bir o qədərini də Belarusa toplamaq Minsk razılaşmalarına uyğundur?

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, vaxtilə Minsk razılaşmalarına dəstək verən Qərb ölkələrinin hazırda həmin sazişlərdən faktiki imtina etməsi Rusiyanı qəzəbləndirir:

“Bəli, Minsk razılaşmaları aktuallığını itirib, Kiyev Donbasa xüsusi səlahiyyət verməyəcək, separatçılarla birbaşa danışıqların aparılması da mümkün deyil.

Fransa Prezidenti Emmanuel Makronun Moskva və Kiyev səfərlərinə gəldikdə, müsbət nəticədən danışmaq yersizdir. Putin Makronla dünənki birgə mətbuat konfransında açıq şəkildə Qərbi və NATO-nu hədələdi, bu gün isə Qara dəniz sahillərində Rusiya hərbi gəmiləri təhlükəli manevrlərə başlayıblar. Putin düyməyə basıb, mexanizm işə düşüb, sadəcə “X günü”nün tarixi bəlli deyil”.

Diaspora