"Johnson & Johnson" şirkəti koronavirus peyvəndinin istehsalını dayandırıb

"Johnson & Johnson" şirkəti koronavirus peyvəndinin istehsalını dayandırıb backend

ABŞ-ın "Johnson & Johnson" şirkəti koronavirusa qarşı vaksinin istehsalını dayandırıb.

Trend xəbər verir ki, bu barədə bu barədə " The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Hollandiyanın Leyden şəhərindəki zavodunu bağlayıb. İstehsalın dayandırılması müvəqqətidir: fasilədən sonra zavodda vaksinin istehsalı bərpa olunacaq. Şirkət Leydendə dərman istehsalına mart ayında yenidən başlamağı planlaşdırır.

Mənbənin verdiyi məlumata görə, istehsalda fasilə vaksinin tədarükünü bir neçə milyon doza azalda bilər.

Diaspora