Ukrayna “Bayraktar” və “Javelin”lərlə hərbi təlimlərə başlayır - Rusiya ilə paralel olaraq

Ukrayna “Bayraktar” və “Javelin”lərlə hərbi təlimlərə başlayır -  Rusiya ilə paralel olaraq backend

Ukrayna silahlı qüvvələri Rusiya ordusu ilə təxminən eyni tarixdə paralel olaraq “Bayraktar”, “Javelin” və “NLAW” tank əleyhinə hava və yerüstü qurğulaırn köməyilə hərbi təlimlərə başlayır.

 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov İCTV kanalında məlumat verib.

 

A.Reznikov təlimlərin bu ilin fevral ayının 10-dan 20-nə qədər davam edəcəyini söyləyib. Ukrayna rəsmisinin bildirdiyinə görə, təlimlər Rovno, Kovel, Ovruç, Şirokiy Lan, Oleşkovsk qumları, Çuquyev, Çerniqov, Summa və Odessanı əhatə edəcək.

 

Aleksey Reznikov Rusiyanın müvəqqəti işğal olunmuş ərazilərdə və Belarusla sərhəddə 119 minlik hərbi qüvvə topladığını da bildirib.

Diaspora