Putin işğal əmrini verərsə, bütün rus əsgərlərini tərəddüd etmədən bir-bir vuracağam.
Axar.az xəbər verir ki, bu sözləri Donbasda xidmət edən 42 yaşlı ukraynalı qadın snayper Yelena Belozerskaya deyib.
Bir gecədə 3 rusu öldürməsi ilə məşhurlaşan "Ölümcül qadın" ləqəbli Belozerskaya mümkün bir müharibə vəziyyətində tərəddüd etmədən yenidən eyni şeyi edəcəyini bildirib.
Ukraynalı qadın snayper ölkəsini qorumaq üçün heç vaxt silaha sarılmaqdan qorxmadığını deyib.