ABŞ İordaniyaya F-16-lar satdı

ABŞ İordaniyaya F-16-lar satdı backend

ABŞ Dövlət Departamenti İordaniyaya 4,21 milyard dollarlıq F-16 qırıcılarının satılmasını təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi yazılı açıqlama yayıb.

Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərildiyi bildirilib. Satış paketinə 12 ədəd F-16 C Block 70 qırıcısı və 5 ehtiyat mühərriki daxildir.

ABŞ Konqresi 30 iş günü ərzində Dövlət Departamentinin qərarına etiraz etməzsə, satışın icrasına başlanılacaq.

Diaspora