Belarus Ukraynaya nota verib

Belarus Ukraynaya nota verib backend

Rəsmi Minsk Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) Belarus sərhədini qanunsuz keçməsini əsas gətirərək Ukraynaya etiraz notası göndərib.

Apa-nın xəbərinə görə bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, Ukraynanın Belarusdakı səfiri İqor Kizim Ukraynadan Belarusa qanunsuz müşahidə həyata keçirəcək PUA-nın göndərilməsinə etiraz olaraq Belarus XİN-ə çağırılıb.

XİN-in məlumatında qeyd olunub ki, hadisə yanvarın 24-də baş verib.

Bildirilib ki, Belarus sərhədini qanunsuz keçmiş Ukrayna dronu Belarus ərazisinə enməyə məcbur edilib.

“PUA-nın gövdəsindəki avadanlıqların təhlili nəticəsində onun Ukraynadan Brest təlim zonasına qanunsuz müşahidə fəaliyyəti aparması məqsədi ilə göndərilməsi təsdiqlənib ”, - deyə XİN-in məlumatında qeyd olunub.

Belarus XİN Kiyevin bu cür addımlarının regionda vəziyyətin qəsdən eskalasiyasına yönəldiyini və ikitərəfli dialoqa töhfə vermədiyini bildirib.

Diaspora