Rusiya zenit-raket bölmələrini Belarusa yerləşdirir - VİDEO

Rusiya zenit-raket bölmələrini Belarusa yerləşdirir -  VİDEO backend

Rusiya İttifaq Dövlətinin reaksiya qüvvələrinin yoxlanılmasında iştirak edəcək bölmələrini Belarusa yerləşdirməyə davam edir.

Bu barədə RF Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, Şərq Hərbi Dairəsinin “Pantsir-S” zenit raket-top diviziyonu növbəti dəmiryolu eşelonu ilə məntəqəyə çatdırılıb.

 

Müdafiə Nazirliyinin dərc etdiyi videodan belə görünür ki, diviziyonun tərkibinə hər biri 12 zenit raketi daşıya bilən 12 döyüş maşını daxildir.

Yüklər boşaldılandan sonra Rusiya hərbçiləri Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində dislokasiya zonasına marş edəcək, mövqeləri təşkil edəcək və təlim-döyüş növbətçiliyini yerinə yetirəcək. (oxu.az)

Mənbə: RİA Novosti

Diaspora