ABŞ Ukraynaya döyüş sursatı göndərdi

ABŞ Ukraynaya döyüş sursatı göndərdi backend

ABŞ Ukraynaya müxtəlif çaplı döyüş sursatlarının daha bir partiyasını çatdırıb.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviterdə yazıb.

“Ukraynaya 81 ton müxtəlif çaplı döyüş sursatları çatdırılıb, gələn həftə müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi-texniki yardımla növbəti Amerika təyyarəsini gözləyirik”, - Reznikov bildirib.

Ukraynanın müdafiə naziri Amerika tərəfinə göstərdiyi köməyə görə təşəkkür edib.

Birləşmiş Ştatlar Ukraynaya ümumilikdə təxminən 200 milyon dollar dəyərində 45 reyslə hərbi yardım çatdırmağı planlaşdırır.

loading...
Diaspora