ABŞ və Ukrayna prezidentləri arasında telefon söhbəti olacaq

ABŞ və Ukrayna prezidentləri arasında telefon söhbəti olacaq backend

Bu gün ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodımır Zelenski arasında telefon danışığı olacaq.

“Report” “UkrNews”a istinadən xəbər verir ki, söhbət zamanı Ukraynanın Rusiya ilə sərhədlərindəki təhlükəsizliklə bağlı vəziyyətə, habelə “Normand dördlüyü” liderlərinin müşavirlərinin dünənki görüşünə xüsusi diqqət yetiriləcək.

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov iki ölkə liderinin təhlükəsizlik, enerji, müdafiə sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparacağını deyib.

loading...
Diaspora