Əfqanlar yoxsulluqdan uşaqlarını və orqanlarını satırlar

Əfqanlar yoxsulluqdan uşaqlarını və orqanlarını satırlar backend

Əfqanıstanda əhalinin yarıdan çoxunu - 23 milyon insan əsas ərzaq ehtiyacları ilə təmin edilməkdən çətinliklər yaşayır və bu da ölkədə xroniki probleminə çevrilən orqan satışının artmasına səbəb olur.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verir.

Qeyd olunur ki, Əfqanıstanda uzun illərdir ki, insanlar bir tikə çörək almaq üçün çəkinmədən böyrəklərini satırlar.

"Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra beynəlxalq yardımın kəsilməsi və sərt qış şəraiti onsuz da yoxsulluq içində yaşayan milyonlarla insanın həyatını dözülməz edib. Bu səbəbdən insanlar həm uşaqlarını, həm də böyrəklərini satmağa hazırdırlar.

Herat vilayətinin mərkəzindən təxminən 20 kilometr aralıda yerləşən Şəhr-i Sebz bölgəsində son 3-4 ildə daha da pisləşən quraqlıq və Talibanla əvvəlki hökumət arasındakı qarşıdurmalar səbəbindən Badqis, Fərəh və Qor kimi qonşu vilayətlərdən köç etmək məcburiyyətində qalan, əksəriyyəti puştun olan minlərlə əfqan sərt qış şəraitində həyatda qalmağa çalışır.

Palçıqdan, gildən tikilmiş evlərdə işıq, su, istilik sistemi yoxdur. Qış şəraitinin pisləşdiyi bu günlərdə əksər evlərdə soba belə yoxdur. Sobası olanlar odun və kömür əvəzinə plastik də yandırırlar. Bu zəhərlənməyə səbəb olur.

Mətbuata məlumat verən əhali arasında 70-ə yaxın sakin övladlarını, onlarla insan isə böyrəklərini satmaq istədiklərini bildiriblər. Rayon sakinlərinin sözlərinə görə, əyalət üzrə övladlarını satmaq istəyənlərin sayı minlərlədir.

Diaspora