Yaponiyanın hakim partiyası Rusiyaya qarşı sanksiyalar təklif edib

Yaponiyanın hakim partiyası Rusiyaya qarşı sanksiyalar təklif edib backend

Yaponiya parlamentində əksər yerlərə sahib olan Liberal Demokrat Partiyasının xarici siyasət komitəsinin üzvləri Ukraynaya hücum edəcəyi təqdirdə Rusiya qarşı sanksiyaların tətbiq edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Onlar Rusiyadan təbii qazın idxalına qadağa qoyulmasını təklif ediblər. Bundan əlavə, işgüzar dairələrin nümayəndələri ilə bu məsələ haqqında işə başlamaq lazım olduğu barədə fikirlər səslənib.

Xarici İşlər Nazirliyinin nümayəndələri isə bəyan ediblər ki, Rusiya əleyhinə sanksiyaların hazırlanmasında ABŞ-la sıx əməkdaşlıq edəcəklər. (oxu.az)

Mənbə: Kyodo

Diaspora