Polşa prezidenti: “NATO bizə Rusiya ilə arasındakı “bufer zonası“ kimi baxır“

Polşa prezidenti: “NATO bizə Rusiya ilə arasındakı “bufer zonası“ kimi baxır“ backend

Polşa prezidenti Andjey Duda maraqlı açıqlamalarla çıxış edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Duda NATO-nun onun ölkəsinə qarşı münasibətini tənqid edib: "Alyans bizə özünün Şərqi Avropadakı tamhüquqlu üzvü kimi yanaşmır. Birlik bizə özü ilə Rusiya arasındakı "bufer zonası" kimi baxır. Bu isə bizi qane etmir".

Bununla yanaşı Duda onu da qeyd edib ki, NATO-nun bölgədə güclənməsinə ehtiyac var.

"Ölkənin müdafiə naziri və baş naziri ilə görüşlərimdə mən əlimdən gələni edəcəyəm ki, NATO-nun ölkəmizdə güclənməsinə nail olum. Bu həm Polşanın, həm də Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyi deməkdir" deyə o, əlavə edib.

Andjey Duda vurğulayıb ki, NATO-nun hərbi bazalarının Şərqi Avropada yerləşdirilməsi məsələsi alyansın 2016-cı ildə Varşavada keçiriləcək sammitində tam həll olunacaq.

Diaspora