PKK Türkiyə ərazisində yenə bir neçə terror aktı həyata keçirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, terrorçuların hədəfi hərbi bazalar, polis məntəqələri və ölkənin cənub-şərqindəki digər obyektlər olub.
Diyarbəkirdə separatçılar yerli təhlükəsizlik xidmətinin binasına iki bomba atıblar. Partlayış nəticəsində yaxınlıqdan keçən iki qadın xəsarət alıblar. Açıqlamaya görə, hücum edən PKK-lılardan yeddisi öldürülüb.Bu arada Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK terrorçularına ağır zərbələr endirib. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha qeyd edib ki, əməliyyatlar terrorçular tam məhv edilənə qədər davam edəcək.