Ferqyusonda fövqəladə vəziyyət uzadıldı

Ferqyusonda fövqəladə vəziyyət uzadıldı backend

ABŞ-ın Ferqyuson şəhərində (Missuri ştatı) elan olunmuş fövqəladə vəziyyət daha 24 saat uzadıldı. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ferqyusonun daxil olduğu Sent Luis dairəsinin hökumət nümayəndələri bildirib.

Qeyd edək ki, fövqəladə vəziyyət Ferqyusonda avqustun 10-da elan edilib. Dairə üzrə icra hakimiyyətinin rəhbəri Stiv Stengerin imzaladığı sərəncama əsasən, dairə polisinin rəhbəri Con Belmara Ferqyuson polisinə rəhbərlik etmək üzrə əlavə səlahiyyətlər verilib.

Qeyd edək ki, Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilib.
Diaspora