Makron Putin və Zelenski ilə danışacaq

Makron Putin və Zelenski ilə danışacaq backend

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya və Ukrayna başçıları Vladimir Putin və Vladimir Zelenski ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı telefon danışıqları aparmaq niyyətindədir.

Bu barədə Yelisey sarayından E.Makron ilə ABŞ və NATO rəhbərləri arasında videokonfransdan sonra məlumat verilib.

Məlumatda qeyd olunub: "Yaxın günlərdə prezident Putin və prezident Zelenski ilə telefonla danışacaq Fransa prezidenti Avropada sabitliyin qorunması üçün bütün diplomatik resurslardan istifadə etmək, həmrəylik nümayiş etdirmək və təhlükəsizliyindən narahat olan Aİ ölkələrinə dəstək verməyə hazır olduğunu bildirib".

Trend.az

Diaspora