Burkina Fasoda hərbçilər hakimiyyəti ələ keçirib - VİDEO

Burkina Fasoda hərbçilər hakimiyyəti ələ keçirib -  VİDEO backend

Burkina Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.

Bu barədə bazar ertəsi ölkənin xəbər portalı “leFaso” məlumat yayıb.

On dörd nəfərlik hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin “Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyini bəyan edib. Quruluşa polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba rəhbərlik edir.

Hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.

Öz növbəsində, “Reuters” hərbçilərdən birinin bəyanatına əsasən, hakimiyyətin ələ keçirilməsinin qansız olduğunu bildirib.

Qeyd edək ki, Burkina Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib.

Diaspora