Sarkisyan Tarasyanı işdən çıxardı

Sarkisyan Tarasyanı işdən çıxardı backend

Ermənistanın istefa vermiş Prezidenti Armen Sarkisyan administrasiyasının rəhbəri Emil Tarasyanı vəzifəsindən azad edib.

Bu barədə Ermənistan liderinin saytı xəbər verib.

"Emil Tarasyan Ermənistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin", - dövlət başçısının saytında yerləşdirilən sərəncamda deyilir.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan bu gün istefa verdiyini açıqlayıb. O, buna əsas səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.

Diaspora