PKK terrorçuları bu gecə Türkiyənin üç vilayətində polis və jandarmeriya bölmələrinə silahlı hücumlar təşkil edib.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Bilgöl, Tunceli və Hakkari vilayətlərində terrorçularla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. PKK üzvləri minaatanlardan da istifadə edib.
Terrorçuların yaxalanması üçün havadan və qurudan əməliyyat başlayıb.