ÜST COVID-19-la bağlı səyahət məhdudiyyətlərini qaldırmağı tövsiyə edib

ÜST COVID-19-la bağlı səyahət məhdudiyyətlərini qaldırmağı tövsiyə edib backend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu həftə pandemiya ilə bağlı iqtisadi və sosial gərginliyin güclənə biləcəyini deyərək, dünya ölkələrinə COVID-19-la bağlı mövcud səyahət məhdudiyyətlərini qaldırmağı və ya yüngülləşdirməyi tövsiyə edib. Yeni tövsiyə çərşənbə günü ÜST-ün Beynəlxalq Səhiyyə Qaydaları Fövqəladə Komitəsinin COVID-19-la bağlı ən son iclasından sonra verilib.

Hesabatda deyilib ki, ölkələr qadağaları və məhdudiyyətləri aradan qaldırmalıdır, belə ki, onlar əlavə dəyər vermir və vətəndaşların yaşadığı iqtisadi və sosial gərginliyə töhfə verməkdə davam edirlər”.

Komitənin bildirdiyinə görə, bu cür səyahət məhdudiyyətləri COVID-19-a səbəb olan omikron variantının beynəlxalq səviyyədə yayılmasını məhdudlaşdıra bilməyib və bu kimi tədbirlərin zamanla səmərəsiz olduğunu nümayiş etdirib.

Hesabatda maska taxmaq, test, təcrid, karantin və peyvənd kimi səyahət təhlükəsizliyi tədbirlərinin beynəlxalq səyahətçilərə həddən artıq maliyyə yükü qoymamalı olduğu deyilib.

Bu arada ÜST bu həftə COVID-19-un müalicəsi üçün iki yeni dərman tövsiyə edib.

Birinci, Baricitinib dərmanı ağır və ya kritik COVID-19 xəstələri üçün tövsiyə olunur. Bu dərman bəb şəklində qəbul edilir və adətən romatoid artritin müalicəsində istifadə olunur. ÜST onun kortikosteroidlərlə birlikdə verilməsini tövsiyə edir.

Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin xəstəxanaya yerləşdirmə riski yüksək olan xəstələrdə yüngül və ya orta dərəcəli COVID-19-un müalicəsi üçün monoklonal anti-cisim preparatı Sotrovimabdan istifadə etməyi şərti olaraq tövsiyə edib. Buraya yaşlı, immuniteti zəif, diabet, hipertoniya və piylənmə kimi əsas xəstəlikləri olan və peyvənd olunmamış xəstələr daxildir.//Amerikanınsəsi

Diaspora