“Putinlə Zelenski arasında görüş keçirmək istəyirik” - Ərdoğan

“Putinlə Zelenski arasında görüş keçirmək istəyirik” -  Ərdoğan backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, o bu barədə çıxışı zamanı danışıb.

 

Ərdoğan qeyd edib ki, Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir.

 

“Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində Ukraynaya səfərim olacaq”, - deyə Türkiyə lideri bildirib.

Diaspora